Gəncədə “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR!” adlı
Uşaq və gənclərin bayram konserti təşkil olundu.
18 oktyabrda Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi və Aura Park
Alış-Veriş və Əyləncə Mərkəzi “Müstəqilliyimiz Əbədidir!” adlı uşaq və gənclərin bayram konserti təşkil etdilər.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, digər dövlət və qeyr dövlət təşkilatlarının nümyəndələri, əlilliyi olan gənclər və s. iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təşklatçılar: Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional gündən bu günə, Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyinin şahidi olarıq. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Bu gün Azərbaycan gəncliyi dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin, müstəqilliyimizi şərtləndirən amillərin qorunub, saxlanımasında öz töhvələrini əsirgəməməli və vətən qarşısında öz borclarını yerinə yetirməlidirlər.” deyə çıxış edərək bayram münasibətilə hər kəsi təbrik etdi.
Aura Park
Alış-Veriş və Əyləncə Mərkəzinin rəsmi nümayəndəsi Orxan Mehdiyev də çıxış edərək “1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Hər bir Azərbaycan vətəndaşını bayram münasibətilə təbrik edirəm. Yaşasın Müstəqil Azərbaycan” deyə qeyd etdi.
Tədbir istedadlı uşaq və gənclərin çıxışları ilə davam etdi.
Tədbir Gəncə Uşaq Evi, “PENDİK” Elitar Uşaq İnkişaf Mərkəzi, Gəncə şəhər 3 saylı uşaq baxçası, Samux şəhər 3 saylı Uşaq Baxçası və digər uşaq rəqs qruplarının , İstedadlı gənclərin ifaları ilə davam etdi.
Tədbirimiz mediada:
http://sia.az/ru/news/social/438093-musteqilliyimiz-ebedidir
http://teleqraf.com/news/27088
http://avropa.info/?xeber=69169
http://pia.az/Gencede_bayram_konserti_kechirilib_-55044-xeber.html
http://www.ganjanews.az/2014/10/20
http://www.aznews.az/index.php?c=news&id=66413
http://www.gundeminfo.az/index.php?option=com_content&view=article&id=19104
http://kepeztv.az/news/id/1409
|