12 may 2013-cü il tarixində ''AURA PARK'' alış-veriş və Əyləncə Mərkəzində analar günü münasibəti ilə ''Uşaqların analarına olan böyük düşüncələri'' adlı rəngli fırça rəsm sərgisi keçirilmişdir.
Sərgidə Gəncə uşaq rəssamlıq məktəbinin 6-16 yaş arasında olan uşaqlar iştirak etmişdir.Sərgidə bir birindən gözəl və mənalı şəkillər çəkilmişdir.
Çəkilən şəkillər jürilər tərəfindən qiymətləndirilib mükafatlandırılmışdır. 3 qrupa bölünən yaş həddləri 9-6, 10-12,13-16 arasında keçirilmişdir və hər qrupa uyğun mükafatlar verilmişdir.
Sərgi yükunlaşdıqdan sonra, tədbirimiz 6-cı mərtəbədə konsert proqramı ilə davam etdi. Bir birindən maraqlı ifalar, çıxışlar oldu. |